“Semaşko” bağlandı: Yalnız koronaviruslu xəstələr qəbul ediləcək

  • Space TV
  • 17 İyun 2020 14:42

1 saylı Kliniki Tibbi Mərkəz bağlanıb.

SPACE TV -ın əldə etdiyi məlumata görə, “Semaşko” kimi tanınan 1 saylı Kliniki Tibbi Mərkəz sabahdan pandemiya xəstəxanası kimi fəaliyyətə başlayacaq.

Mənbədən verilən məlumata görə, artıq bir neçə gündür ki, mərkəzə xəstə qəbulu dayandırılıb:

“Sabahdan etibarən COVID-19-a qarşı test nümunələrinin cavabları pozitiv (müsbət) çıxan xəstələr mərkəzə yerləşdiriləcək. Burada onların müalicəsi aparılacaq”.

Paylaş

 Xəbəriniz olsun