Selfi sevgisi daha bir turisti öldürdü

  • SpaceTV
  • 15 Noyabr 2019 15:20

Taylandda fransız turist selfi çəkərkən ölüb.

33 yaşlı turist Namuanq-2 şəlaləsinin təhlükəli hissəsində selfi çəkərkən, ayağı büdrəyib və yüksəklikdən yıxılıb.

Şəlalənin aşağısı sürüşkən olduğundan, xilasedicilərin turistin cəsədini çıxarmaları bir neçə saat çəkib.

Xatırladaq ki, iyul ayında eyni yerdən ispan turist də selfi çəkdiyi zaman yıxılaraq ölüb.

Paylaş

 Xəbəriniz olsun