Sel və daşqınlar nəticəsində ölənlərin sayı 95-ə çatıb

  • SpaceTV
  • 10 Avqust 2019 14:13

Hindistanın Karnataka, Kerala və Maharaştra ştatlarında da sel və daşqınlar nəticəsində ölənlərin sayı 95-ə çatıb. 

Space.TV- Reuters agentliyinə istinadla xəbər verir ki, yüzlərlə ev və obyektlər su altında qalıb.

Kerala əyalətində 42 nəfər ölüb, 100 min sakin isə təxliyə edilib. Bölgədə fövqəladə vəziyyət elan edilib. Qeyd olunub ki, ötən il də bu ştatda baş vermiş sel və daşqınlar nəticəsində 200-dən çox insan həyatını itirmişdi.

Qonşu Karnataka ştatında 24 nəfər ölüb və rəsmilərin məlumatına görə, son 45 ilin ən şiddətli yağışları 1,024 kəndi su altında qoyub. Bu əyalətdə 200 min insan təhlükəsiz yerlərə təxliyə edilib.

Paylaş

 Xəbəriniz olsun