Sel təhlükəsinin qarşısı alınır

  • Space TV
  • 20 İyun 2020 12:15

Kənd təsərrüfatı sahələrində suvarmanın mütəşəkkil qaydada aparılması üçün silsilə tədbirlər həyata keçirilir. Kanallar lildən təmizlənir, suyun rahat hərəkəti üçün önü açılır. Təmizlik işləri baş verə biləcək sel təhlükəsinin qarşısının alınmasında da böyük rol oynayır. Təhlükəli hesab olunan ərazilərdə xüsusi texnikalar vasitəsilə qazma işləri aparılır, çay məcralarının eni mümkün olduqca genişlədirilir.

Mütəxəssislər bildirirlər ki, kanalların təmizlənməsi işləri, əsasən, il ərzində iki dəfə görülür. Vaxtı-vaxtında aparılan təmizlik işləri həm suyun artıq israfının qarşısını alır, həm də gələcəkdə baş verə biləcək sel təhlükəsini önləyir. Odur ki, hal-hazırda ehtiyac duyulan kanal və çaylar təmizlənir və çaylarda sahilbərkitmə işləri görülür. Bu kimi qabaqlayıcı tədbirlərin plana uyğun olaraq növbəti fəsillərdə də görüləcəyi nəzərdə tutulur.

                                                                VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun