Sel suları həyatı iflic etdi

  • SpaceTV
  • 12 Sentyabr 2019 13:36

Rusiyada təbii fəlakət baş verib. Yaşayış məntəqələri, evlər, avtomobil yolları suyun altında qalıb. Rusiyanın Xabarovsk diyarının dörd yaşayış məntəqəsində yerləşən 220-dən çox ev  sel nəticəsində suyun altında qalıb. Amur vilayəti, Yəhudi muxtar vilayəti və Xabarovsk diyarında güclü yağışlar və sel səbəbindən fövqəladə vəziyyət elan edilib.

Space TV –yazır ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin  məlumatına görə, Uzaq Şərq federal dairəsində 97 yaşayış məntəqəsi, 958 ev, 3650 həyətyanı sahə və 144 avtomobil yolu da suyun altında qalıb.Bildirilib ki, daha ağır vəziyyət Xabarovsk diyarındadır. Belə ki, sutka ərzində 57 yaşayış məntəqəsi, 815 yaşayış evi və 1651 həyətyanı sahə, həmçinin 2 avtomobil yolu, Yəhudi muxtar vilayətində isə 40 yaşayış məntəqəsi, 143 ev və 1999 həyətyanı sahə suyun altında qalıb. Görülən işlər nəticəsində, Xabarovsk diyarında 27 həyətyanı sahə və bir avtomobil yolu, Yəhudi muxtar vilayətində 1 yaşayış məntəqəsi, 2 ev və 22 həyətyanı sahə sulardan təmizlənib.Yeddi yaşayış məntəqəsində müvəqqəti saxlama yerlərinə 28 nəfəri uşaq olmaqla, 91 nəfər yerləşdirilib. Amur vilayəti, Yəhudi muxtar vilayəti və Xabarovsk diyarında güclü yağışlar və sel səbəbindən fövqəladə vəziyyət elan edilib.

Paylaş

 Xəbəriniz olsun