Seda Sayan sərxoş halda polisə yaxalandı

  • SpaceTV
  • 14 Oktyabr 2019 11:52

Türkiyənin məşhur müğənnisi və aparıcısı Seda Sayan içkili şəkildə avtomobil idarə etdiyi üçün cəzalanıb.

SPACE TV bildirir ki, 56 yaşlı müğənni restoranların birində dostları ilə birlikdə yeyib-içdikdən sonra sərxoş halda avtomobil idarə etdiyi üçün polis tərəfindən saxlanılıb. Müğənni altı aylıq sürücülük hüququndan məhrum edilib.

“İldə 2-3 dəfə avtomobil idarə edirəm. Onda da içkili şəkildə polis tərəfindən saxlanıldım”, – deyə müğənni qeyd edib.

Paylaş

 Xəbəriniz olsun