Seçkiyə görə YAP-a köçürülən pullarla bağlı AÇIQLAMA

  • Space TV
  • 3 Fevral 2020 11:46

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) vahid seçki fondu üzrə maliyyə hesabatı Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim olunub.

SPACE TV-in xəbərinə görə, seçki fonduna 250 manatdan çox ianə köçürənlərin sayı 200 nəfərdir.

Ümumilikdə, fiziki şəxslərin könüllü ianəsi 453 min 300 manat təşkil edir. 

Qeyd edək ki, Azərbaycanda bu ilin fevralın 9-da Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək.

Paylaş

 Xəbəriniz olsun