Seçkiyə 26 gün qaldı

  • Space TV
  • 27 Noyabr 2019 16:31

Ölkəmizdə 5-ci dəfə  baş tutacaq Bələdiyyə seçkiləri ilə bağlı hazırlıq işləri davam etdirilir.Artıq bir neçə gündür ki, bütün dairələr üzrə namizədlərin siyahıya alınma prosesi  başa çatıb və  paytaxt üzrə bütün dairə seçki komissiyalarında 3 günlük seminarlara start verilib.33 saylı Xətai 1-ci seçki dairəsində keçirilən seminarda  çıxış edən dairə seçki komissiyasının  sədri  Əlibaba Bayramovun sözlərinə görə, dairə üzrə 2 bələdiyyə mövcuddur ki, keçiriləcək seçkilərdə 65 namizəd qeydiyyatdan keçib və həmin namizədlər vəsiqələrlə təmin edilib.

3 ci gündür davam edən seminar 10 saylı Binəqədi 3-cü seçki dairəsində də baş tutub. Bu dairə üzrə  Biləcəri və Binəqədi  bələdiyyələri fəaliyyət göstəririr ki, bu dairədən də 93 namizəd seçkilərdə öz şansını sınayacaq. Keçirilən seminarda dairə seçki komissiyasının sədri tərəfindən aşağı seçki komissiyaları – məntəqə seçki komissiyalarının sədrlərinə təlimlər keçirilib.

18 saylı Nərimanov-Nizami seçki dairəsi üzrədə namizədlərin qeydiyyatı  başa çatıb.Bu müddət ərzində 2 bələdiyyə üzrə 26 nəfər bələdiyyə seçkilərində iştirak etmək üçün müraciət edib ki, bunlarında 21-i qeydiyyta alınıb və bütün namizədlərə vəsiqələr təqdim edilib.Dairə seçki komissiyasının  sədri  İslam Muradov bildirdi ki, artıq bütün məntəqələrdə seçici siyahısı hazırlanıb və seçicilərin bu siyahılarlıa tanış olması üçün lövhələr asılıb

Məlumat üçün bildirək ki, növbəti bələdiyyə seçkiləri dekabrın 23-də baş tutacaq.

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun