Seçkilərə görə qeydiyyatdan keçən müşahidəçilərin sayı açıqlandı

  • Space TV
  • 7 Fevral 2020 17:26

Milli Məclisə 9 fevralda keçiriləcək növbədənkənar seçkilərlə əlaqədar indiyə qədər 77 721 yerli müşahidəçi qeydiyyatdan keçib.

SPACE TV-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun iclasında deyib.

MSK sədri bildirib ki, 883 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.

O deyib ki, Milli Məclisə seçkilərlə əlaqədar 1129 səlahiyyətli nümayəndə qeydə alınıb.

M.Pənahov qeyd edib ki, seçkilərdə 7603 məşvərətçi səs hüquqlu komissiya üzvü və 2085 vəkil var.

Paylaş

 Xəbəriniz olsun