Seçkidə iştirak etmək üçün 41841 nəfər müraciət edib

  • SpaceTV
  • 16 Noyabr 2019 17:51

Azərbaycanda dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək üçün indiyədək 41 841 nəfər müraciət edib.

SPACE TV xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. Onun sözlərinə görə, namizədlərdən 27 249-u fərdi, 14 564-i siyasi partiyalar tərəfindən irəli sürülüb. 22 529 nəfər qeydə alınıb.

MSK sədri qeyd edib ki, müraciət edənlərin 70 faizi kişi, 30 faizi isə qadınlardır.

Paylaş

 Xəbəriniz olsun