“Scooby-Doo”nun həmmüəllifi Ken Spirs vəfat edib

  • Space TV
  • 11 Noyabr 2020 10:08

Məşhur cizgi serialı “Scooby-Doo”nun həmmüəllifi olan teleredaktor Ken Spirs 83 yaşında vəfat edib.

Spacetv.az xəbər verir ki, bu barədə “Variety” məlumat yayıb.

Prodüsserin ölüm səbəbi demansiyanın fəsadları göstərilir.

Xatırladaq ki, Spirsin həmkarı, rəssam Co Rubi üç ay əvvəl ölmüşdü.

Onlar birlikdə “Ruby-Spears Productions” şirkətini yaratmışdılar. Ən məşhur layihələri isə it Skubi-Du və fövqəltəbii sirləri həll edən dostları haqqında cizgi serialı olub.

Paylaş

 Xəbəriniz olsun