Saxtakarlıq etdi saxlandı

  • SpaceTV
  • 9 Aprel 2020 14:15

Araşdırma zamanı müəyyən edilib ki, o, aprelin 5-də özünə məxsus mobil nömrədən ərzaq almaq üçün “8103” xidmətinə SMS göndərib. Həmin SMS-in cavabı olaraq Nail Yaqubova saat 13:30-dan 15:30-dək yaşayış yerini tərk etməyə icazə verilib.  Axşam saatlarında o, həmin SMS-in saatını proqram vasitəsi ilə dəyişərək xüsusi karantin qaydalarının tələblərini pozaraq yenidən küçəyə çıxıb. Həmçinin Nail Yaqubov tarixini dəyişdiyi SMS-in şəklini sosial şəbəkələrdə və “Whatsapp” qruplarında yayaraq tanışlarını da eyni üsulla xüsusi karantin rejimi qaydalarını pozmağa çağırıb.

Etdiyi qanunsuz əmələ görə Nail Yaqubov Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə təqsirli  bilinərək inzibati  qaydada məhkəmənin qərarı ilə 25 sutka  həbs  edilib.

HÜRÜ ƏLİYEVA SPACE TV

Paylaş

 Xəbəriniz olsun