Saxta sürücülük vəsiqəsi aşkarlandı

  • SpaceTV
  • 31 Oktyabr 2019 16:36

Əldə edilmiş əməliyyat məlumatı nəticəsində keçirilən tədbir zamanı əvvəllər məhkum olunmuş paytaxt sakini Elçin Adıgözəlov tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd Gürcüstan Respublikasının saxtalaşdırılmış sürücülük vəsiqəsi aşkar olunub. Keçirilən əlavə əməliyyat tədbirləri ilə Elçin Adıgözəlovun saxta vəsiqəni Binəqədi rayon sakini əvvvəllər məhkum olunmuş Eyvaz Əliyevdən 150 manata aldığı müəyyən edilib. Əməliyyat nəticəsində Eyvaz Əliyev də tutulub və o, ifadəsində saxta vəsiqəni Ramin adlı şəxsdən 100 manata aldığını bildirib. Keçirilən əlavə əməliyyat zamanı saxta sürücülük vəsiqəsini hazırlayan Binəqədi rayon sakini Ramin Ağayev də tutularaq istintaqa təqdim edilib. Onun yaşadığı evə baxış zamanı saxta vəsiqələr hazırlayan avdanlıqlar aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı hər 3 şəxs barəsində toplanan materiallar müvafiq prosessual qərar verilməsi üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə göndərilib.

HÜRÜ ƏLİYEVA SPACE TV

Paylaş

 Xəbəriniz olsun