Saxta polis tutulub

  • Space TV
  • 16 Dekabr 2019 11:53

Yevlaxda saxta polis tutulub.

Mingəçevirdən Yevlaxa gəlib özünü polis əməkdaşı kimi təqdim edərək yerli sakinə dələduzluq edən Vasif Haqverdiyev, elə rayon polisinin keçiridiyi əməliyyat zamanı saxlanıb. İnsanların etibarından istifadə edən Mingəçevir sakini, onların problemlərini həll edəcəklərinə söz verərək müəyyən məbləğdə pul və qızıl zinət əşyaları mənimsəyib.

Saxlanılan şəxs dindirilmə zamanı əməlini etiraf edib. Vasif Haqverdiyev Mingəçevir, Bərdə, Zərdab və Balakən rayonları ərazilərində də analoji cinayətlər törətdiyi istisna edilmir. Onun əməllərindən zərərçəkənlər DİN-nin “102” Zəng Mərkəzinə, həmçinin Yevlax RPŞ-yə məlumat verə bilər.

Emin Babayev SPACE TV

Paylaş

 Xəbəriniz olsun