Saxta “Peyğəmbər”in yanında dəfn olunmaq üçün növbə yarandı

  • SpaceTV
  • 3 Dekabr 2019 11:57

Türkiyənin Bursa şəhərində dəfn yeri almaq üçün insanlar növbəyə dayanıb.

SPACE TV-in xəbərinə görə, saxta “Peyğəmbər” İsgəndər Erol Evrenesoğlunun dəfn edildiyi “Hamitlər” qəbiristanlığına yer almaq üçün 100-dən çox insan müraciət edib.

Lakin müraciətlər artdığı üçün qəbiristanlıq rəhbərliyi yer satışını dayandırıb.

Eyni zamanda, məzarı türbəyə çevirməyə də icazə verilməyib.

ABŞ-da vəfat edən Evrenesoğlunun oğlu daha əvvəl “Pınarbaşı” qəbiristanlığında dəfn yeri üçün müraciət etsə də, onun müraciəti qəbul edilməyib.

Paylaş

 Xəbəriniz olsun