Saxta Jurnalistlər saxlanıldı

  • Space TV
  • 17 Dekabr 2019 14:23

Qazaxda özlərini jurnalist kimi təqdim edənlər bir qrup rayon sakininə “Çağdaş Təhsil” jurnalında məqalə və şəkil dərc etdirəcəklərini vəd edərək onlardan müxəlif məbləğlərdə pul alıblar. Daxil olan şikayət əsasında hərəkətə keçən polis dələduzluq etməkdə şübhəli bilinən 4 nəfəri saxlayıb. Araşdırmalar zamanı məlum olub ki, Sabirabad rayon sakinlərini 27 yaşlı Pərviz Fərəcov və 28 yaşlı Davud Fərəcov, Hacıqabul rayon sakini 39 yaşlı Samirə Talıbova və Tərtər rayon sakini 28 yaşlı Kənan Hümbətovun fəaliyyətinə jurnal rəhbərliyi tərəfindən bir müddət əvvəl xitam verilib. Lakin onlar, özlərini “Ziyalılar” beynəlxalq ictimai-siyasi qəzetinin təmsilçiləri kimi təqdim edərək öz əməllərini davam etdiriblər.

S-X Fərid Rüstəmov Qazax RPŞ-nin Təhqiqat bölməsinin rəisi Həmin şəxslər müxtəlif kəndlərdə 54 nəfəri aldadaraq onlardan 50, 70, 80 manat pul alaraq övladlarının şəkillərini qəzetdə dərc edəcəklərini bildirərək pullarını dələduzluq yolu ilə ələ keçiriblər.

Dəstəyə rəhbərlik edən Kənan Hümbətov bu işlə planlı şəkildə məşğul olduqlarını və bu işlə müəyyən məbləğdə pul qazandıqlarını etiraf edib. Əsas hədəf kimi təhsil müəssisələri seçilib və Qazaxla yanaşı digər bölgələrdə də oxşar yolla qazanc əldə olunub.  

S-X Kənan Hümbətov saxlanılan şəxs Mətbəə xərci 50 manat təşkil edir. İstəyən valideyn onu əvvəlcədən tam şəkildə ödəniş edir kimində imkanı çatmasa yarısını ödəniş edirdi. Jurnal gələndə də geri qalan hissəsini ödəyirdi.

Dəstə üzvlərinin üzərindən və kirayə yaşadıqları mənzildən müxtəlif şəsxlərlə bağlanılmış müqavilə, tərcümeyi-hal, eləcə də özlərinə aid jurnalsit vəsiqələri aşkar edilərək maddi sübut kimi götürülüb. Dəstənin digər üzvləri də törətdikləri əməli etiraf ediblər.

S-X Davud Fərəcov saxlanılan şəxs Heçnə işsizim idim. İşə dəvət etdilər. Gəldim işlədim. Tapşırılan vəzifəni yerinə yetirdim.

S-X Pərviz Fərəcov saxlanılan şəxs Vəsiqəmiz olub gəlmişik həmin vəsiqə ilə işləmişik. İki gündür belə işləyirdim. Hardasa 11 nəfər valideynlə görüşmüşdüm.

S-X Samirə Talıbova saxlanılan şəxs İstəyirsinizsə sizində övladınızın jurnalda şəkili çıxsın. Bu 50 manat təşkil edir. Pul aldığımız gün ərzində 4-nəfər 5-nəfər olub.

Bu şəxslərin əməlindən zərərçəkən vətəndaşlar DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, və ya polisə məlumat verə bilərlər. Faktla bağlı araşdırmalar davam etdirilir.

Vasif Vaqifoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun