“Şaxta baba” bank soyub pulları havaya səpələdi

  • Space TV
  • 25 Dekabr 2019 11:44

ABŞ-da Yeni il öncəsi maraqlı soyğun hadisəsi baş verib.

SPACE TV xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Kolarado əyalətində bank soyan saqqallı bir şəxs oğurladığı pulları sözün həqiqi mənasında “havaya sovurub”. hadisə şahidləri onun bunu edərkən “Noeliniz mübarək” deyə bağırdığını deyiblər. 65 yaşlı Devid Ueyn Oliver bankı soyduqdan sonra küçəyə çıxıb və pulları torbadan çıxararaq havaya səpələyib.

Onun daha sonra yaxınlıqdakı kafeyə gedərək polislərin gəlməsini gözlədiyi deyilib. İnsanlar yerə tökülən pulları toplayaraq banka təhvil veriblər. Yerli mediada Oliver “Şaxta baba”ya bənzədilib.

Paylaş

 Xəbəriniz olsun