SPACE.TV-nin “RİA Novosti”-yə istinadən verdiyi məlumata görə, Rusiyanın Saxa (Yakutiya) Respublikasının Çurapça kəndinin sakinləri yerli kafedə yedikləri şaurmadan zəhərləniblər. Məlumata görə, 22 nəfər tibbi yardım üçün xəstəxanaya müraciət edib. Onlardan səkkizi uşaqdır. Tibbi yardım üçün müraciət edənlər hazırda müalicə alırlar.
ZəhərləNmə hadisəsi baş verən kafedə aparılmış yoxlama zamanı məlum olub ki, orada xammal və hazır yeməklərın saxlanma şəraitinə əməl edilmir, tibbi müayinədən keçmə qaydaları pozulur.