Satışda keyfiyyətsiz dondurma var?

  • SpaceTV
  • 27 May 2020 16:47

Havalar qızar – qızmaz marketlərin ən çox satılan məhsullarından biri də dondurmalar olur. Mağazalarda hər birimizin damaq dadına uyğun   hər çeşiddə, hər qiyməttə və hər rəngdə dondurmaya rast gəlmək mümkündür. Mağazalarla  yanaşı  park və bəzi küçələrdə də dondurmaların satışı həyata keçirilir.

Bəs istehlakçılar satışda keyfiyyətisiz, insan həyatı üçün təhlükə mənbəyi olan dondurmaların da satıldığından xəbərdardırlarmı?Satıcılar deyir, paketlənməmiş dodnurmaların keyfiyyəti hər zaman sual altındadır. Belə dondurmaların qiyməti ucuz olduğu üçün alıcılar da çox vaxt bu  məhsula üstünlük verirlər

Bəs keyfiyyətiz dondurmalar marketlərə necə yol tapır? Mütəxəssislər isə dondurmaların keyfiyyətinin onun hazırlanmasında istifadə olunan xammal və istehsal avadanlıqlarının  standartlara cavab verib-verməməsinin asılı olduğunu deyirlər.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov istehlakçıları diqqətli olmağa çağırır.O, deyir ki, ölkəmizlə yanaşı xaricdən gətirilmiş keyfiyyətsiz dondurmalara da rast gəlmək mümkündür. Xüsusi sexlərdə hazırlanan keyfiyyətsiz dondurmalar hər zaman bazarlara ayaq açır deyə birliyin sədri qeyd etdi.

Odur ki, dondurma alarkən qiyməti ucuzdur deyib  keçməyin,mütləq həmin qidanın  istehsal tarixi və məhsulu hazırlayan müəssisə ilə bağlı məlumatları əldə edin.

RƏŞAD VƏKİLOĞLU SPACE TV  

Paylaş

 Xəbəriniz olsun