Sarqsyan üzləşmə zamanı keçmiş naziri təhqir etdi

  • Space TV
  • 18 Dekabr 2019 14:13

Ermənistanın Xüsusi İstintaq Komitəsində keçmiş Kənd Təsərrüfatı naziri Serqo Karapetyanla üzləşdirmə zamanı Serj Sarqsyan özünü saxlaya bilməyib və təhqiramiz ifadələrə yol verib.

“Qraparak” qəzetinin məlumatına görə, üzləşmə zamanı Karapetyan keçmiş rəisinin üzünə baxa bilməyib.

“Sarqsyan Karapetyandan soruşub: “Serqo, mən sənə belə şey demişdim? Söhbət Sarqsyanın şəxsən o zamankı nazirə fermerlər üçün dizel yanacağının alınması məsələsində “Fleş” şirkətinə üstünlük verməsini tapşırmasından gedir.

Üzləşmə zamanı eks-nazir cavab olaraq inanclı insan olduğunu və yalan danışa bilməyəcəyini deyib. Sarqsyan bu məqamda özünü saxlaya bilməyib: Əgər sən inanclı insansansa, niyə mənim qanunsuz göstərişlərimi yerinə yetirdin və dövlətə zərər vurdun?” 

Bu sözlərdən sonra Sarqsyan təhqiramiz ifadələr səsləndirib.

Paylaş

 Xəbəriniz olsun