Samuxda karantin rejimini pozan şəxs saxlanılıb

  • SpaceTV
  • 22 Aprel 2020 15:54

Aprelin 20-də Samux rayon sakini Şahmar Əliyev 8103 nömrəsinə müraciət edərək evdən 2 saatlıq çıxmağa icazə alıb. Lakin o, müvafiq icazəni təyinatı üzrə istifadə etmək əvəzinə rayon ərazisini tərk etmək istəyib. Bu zaman rayonunun çıxışında xidmət aparan polis əməkdaşları, vətəndaşa karantin qaydalarını izah edərək bunun yol verilməz olduğunu bildiriblər və ondan geri qayıtmasını tələb ediblər. Şahmar Əliyev polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymaraq, onların xidmətinə mane olmağa çalışdığına görə saxlanılaraq Samux rayon Polis Şöbəsinə gətirilib. Və məhkəmənin qərarı ilə 10 gün müddətə inzibati qaydada həbs edilib. Saxlanılan şəxs sonradan əməlinə görə peşman olaraq, bu kimi halların yolverilməzliyini bildirib.  

Zakir Muradov SPACE TV

Paylaş

 Xəbəriniz olsun