Samuxda çətənə kolları yetişdirməklə məşğul olan şəxs saxlanılıb

  • SpaceTV
  • 27 İyul 2020 16:01

Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə çətənə kolları yeşidirən şəxs saxlanılıb. Daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qarayeri qəsəbə sakini, əvvəllər məhkum olunmuş,  Yaşar Sadıqovun Quşqara çayının sol sahilində aqrotexniki qaydada qulluq etdiyi narkotik xassəli çətənə – Kannabis bitkiləri aşkarlanaraq götürülüb. Hal şahidlərinin iştirakı ilə əraziyə keçirilən baxış zamanı oradan 12  ədəd çətənə kolu aşkar olunub. Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub. Dindirilmə zamanı Yaşar Sadıqov  çətənə kollarını özü şəxsi istifadə məqsədi ilə becərdiyini bildirib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Zakir Muradov space tv

Paylaş

 Xəbəriniz olsun