Samux rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
SPACE TV-in verdiyi məlumata görə, hadisə rayonun Köbər kəndində baş verib.
Bildirilir ki, hərəkətdə olan “VAZ-2106” markalı avtomobil “VAZ” markalı digər avtomobillə toqquşub və sonra yol kənarına aşıb.
Hadisə nəticəsində 2 nəfər – Rafiq Qasımov və Rüstəm Mustafayev xəsarət alıblar.
Yaralılar xəstəxanaya çatdırılıblar .
Faktla bağlı araşdırma aparılır.