Samux kənd sakini avtomobilini yolun kənarındakı su kanalına aşırıb

  • Space TV
  • 2 May 2020 15:25

Samux rayonunun Köbər kəndi ərazisində yol-nəqliyyat hadisəsi olub.

SPACE TV  xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, mayın 1-də saat 20 radələrində Samux rayonunun Köbər kəndi ərazisində kənd sakini E.Süleymanov idarə etdiyi “VAZ-2106” markalı avtomobili yolun kənarındakı su kanalına aşırıb. Nəticədə sərnişini, 6 yaşlı oğlu Hüseyn suda boğularaq ölüb.

Paylaş

 Xəbəriniz olsun