Sammitdə Putini “itirən” Merkel və Makron çaş-baş qaldı

  • SpaceTV
  • 20 Yanvar 2020 16:08

Berlində keçirilən Liviya konfransında maraqlı görüntülər qeydə alınıb.

“Sputnik Fransa”nın məlumatına görə, tədbirdə iştirakçıların fotosu çəkilən zaman Rusiya Prezidenti Vladimir Putin mərasimə gecikib.

Putinin gecikməsinə Almaniya kansleri Angela Merkel və Fransa Prezidenti Emmanuel Makron maraqlı reaksiya verib. Putinin gecikməsindən “çaş-baş” qalan Merkel BMT Baş katibi Antonio Quterreşdən Rusiya liderinin harada olduğunu soruşub.

Vladimir Putinin fotosessiya zamanı məhz Merkel və Makronun yanında dayanması nəzərdə tutulub. Putin qısa zaman sonra zala daxil olduqda onu fransız həmkarı Makron qarşılayıb, Merkel isə fotoçəkiliş üçün harada dayanmalı olduğunu Rusiya liderinə göstərib.

Paylaş

 Xəbəriniz olsun