Sami Yusuf Nəsiminin “Sığmazam“ qəzəli əsasında kompozisiya hazırlayıb

  • SpaceTV
  • 10 Sentyabr 2019 10:46

Azərbaycan əsilli olan dünya şöhrətli musiqiçi Sami Yusuf dahi Azərbaycan şairi İmadəddin Nəsiminin “Sığmazam” qəzəli əsasında musiqi kompozisiyası hazırlayıb.

Məlumata görə, kompozisiya Nəsimin 650 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi əsasında hazırlanıb.

Kompozisiyanın musiqi direktoru və bəstəkarı Sami Yusuf, prodüser və rejissoru Andrey Boltenkodur.  

Kompozisiyanı xalq çalğı alətləri ansamblının müşayiəti ilə xor kollektivi ifa edir.

Kompozisiyada “Şur” muğamından da istifadə olunub.

Solistlər Sami Yusuf, Azərbaycanın əməkdar artisti Təyyar Bayramov və Əməkdar mədəniyyət işçisi Samirə Əliyevadır.

Paylaş

 Xəbəriniz olsun