Şamaxıya işləməyə getdi, yoxa çıxdı

  • Space TV
  • 23 Noyabr 2019 16:02

Bakıda gənc itkin düşüb.

SPACE TV  xəbər verir ki, hadisə Maştağa qəsəbəsi, Südçülük sovxozunda qeydə alınıb.

Noyabrın 13-də 1997-ci il təvəllüdlü İsayev Pərviz Seyidəli oğlu Şamaxı rayonuna işləmək üçün getdiyini bildirərək, evdən çıxıb və bir daha geri qayıtmayıb.

Bununla bağlı polisə onun atası müraciət edib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun