“Şamaxinka”da yolu keçmək istəyən kişini maşın vurub xəstəxanalıq etdi

  • SpaceTV
  • 5 Noyabr 2019 11:31

Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.  

SPACE TV xəbər verir ki, hadisə “Şamaxinka” adlanan ərazidə qeydə alınıb.  

Minik avtomobili yolu keçmək istəyən 1963-cü il təvəllüdlü Qardiyev Səttar Təzəxan oğlunu vurub. 

Hadisəni törədən sürücü ərazidən yayınıb.  

Yaralı xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.  

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.  

Paylaş

 Xəbəriniz olsun