Şamaxıda yanğın olub

  • SpaceTV
  • 25 Noyabr 2020 15:35

Şamaxı rayonunda yanğın hadisəsi baş verib.

Spacetv.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Şamaxı rayonunun Göylər Dağ kəndində ümumi sahəsi 390 kvadrat metr olan fəaliyyət göstərməyən birmərtəbəli tikilinin dam örtüyünün yanar konstruksiyaları 140 kvadrat metr sahədə yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paylaş

 Xəbəriniz olsun