Bakı-Şamaxı yolunda, Şamaxı “ASAN” Xidmət Mərkəzinin qarşısında yol qəzası yaşanıb. “Mercedes” markalı minik avtomobili yolu keçmək istəyən 24 yaşlı piyada – Şamaxıda yaşayan Bakı şəhər sakini İsmayılova Tamam Akif qızını vurub. Yaralı ağır vəziyyətdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
VAHİD FƏXRİ SPACE TV