Şamaxıda ana və oğul yanğın zamanı tüstüdən zəhərlənib.

  • SpaceTV
  • 6 Fevral 2020 14:43

Mədrəsə qəsəbəsində ailəyə məxsus mal-qara saxlanan tövlədə yanğın baş verib.  Bu zaman ətrafa yayılan tüstü heyvanları xilas etməyə çalışan ailənin iki üzvünü zəhərləyib.  36 yaşlı Dursunəliyeva Zeynəb Asim qızı və oğlu, 17 yaşlı  Dursunəliyev Əli Rizvan oğlu hadisə zamanı tüstüdən huşlarını itiriblər. Köməyə gələn qonşular təcili-tibbi yardıma məlumat veriblər.

Onlar təcili-tibbi yardım stansiyasının avtomobili ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə gətirilib.

Hal-hazırda ana və oğulun vəziyyətləri stabildir. Faktla bağlı araşdırma aparılır.

VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun