Şamaxı və Samux sakinlərindən silah götürüldü

  • Space TV
  • 11 Dekabr 2020 15:08

Şamaxı və Samux rayon sakinlərində silah götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Şamaxı Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Sabir qəsəbəsi ərazisində İ.Əliyevdən müvafiq sənədləri olmayan “Stoeger” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Bundan başqa, Samux RPŞ əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Qovlarsarı kənd sakini M.Əsədovdan müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Paylaş

 Xəbəriniz olsun