Salyanda yararsız olan kənd yollarının təmiri davam edir

  • Space TV
  • 14 May 2020 16:51

Növbəti belə yol təmiri rayonun Xurşud kənddə aparılır. Xurşud kəndini rayon mərkəzi ilə birləşdirən bu yol uzun illərdir ki, yararsız vəziyyətdə idi. Bu da yerli sakinlər  üçün çətinliklər yaradırdı. Nəhayət bu problem öz həllini tapdı. Artıq kənd yolunun əsaslı  təmirinə başlayıb.

Təmir-tikinti işləri zamanı yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yolun yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə çınqıl materialı tökülərək kipləşdirilib. Layihənin uzunluğu 11 kilometrdir. Artıq 3-cü kilometrliyində təmiri aparılan Xurşud kənd yolu 4-cü texniki dərəcəyə uyğundur. Yolun yatağı 10, asfalt-bütön örtüyünün eni isə 6 metrdir. Əsaslı təmir olunan Xurşud kənd yolunda bütün su ötürücü borular və drenaj sistemləri tamamilə dəyişdirilib. Bu məqsədlə 55 ədəd borudan istifadə olunub. Bundan başqa yol üzərində olan körpülər də yenilənib. Yolun təmiri həm də kənd təsərrüfatının inkişafı üçün olduqca aktual olduğundan sakinləri hədsiz sevindirib.

Yolun təmiri tam bitəndən sonra üzərində yol nişanları və avtobus dayanacaqlarının quraşdırılmasına başlanacaq, həmçinin yol xətləri çəkiləcək. Layihəyə əsasən növbəti belə əsaslı təmir işləri Salyanın daha 3 kənd yollunda davam etdiriləcək. Bunlar Yuxarı Noxudlu, Aşağı Noxudlu və Aşağı Kürkənd kənd yolları olacaq. Layihəyə salınan yollar ümumillikdə 6000 nəfərdən çox əhaliyə xidmət edəcək.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun