Salyanda qoşqulu traktorda 4 tondan çox ot bağlaması yanıb.

  • SpaceTV
  • 6 İyul 2020 15:14

Hadisə Salyan-Neftçala avtomobil yolunun rayonun kürqaraqaşlı kənd ərazisində qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Cavadov Coşqun Əli oğlu idarə etdiyi qoşqulu traktorla ot bağlaması apararkən anidən alovlanmağa başlayıb. Hadisə yerinə FHN-nin Salyan yanğından mühafizə hissəsinə məxsus yanğınsöndürən maşınlar və canlı qüvvə cəlb edilib. Yanğınsöndürənlərin birgə səyi nəticəsində alov ram edilib, traktorun yanma təhlükəsinin qarşısı alınıb. Buna baxmayaraq 4 ton ot bağalamsı yanaraq yararsız hala düşüb. Hadisə zamanı avtomobil yolunda tıxac yaranıb, yanğın söndürüldükdən sonra nəqliyyatın hərəkəti tam bərpa olunub. Faktla bağlı aidiyyati qrumlar tərəfindən araşdırma aparılır.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun