Salyanda qanvermə aksiyası olub

  • Space TV
  • 6 May 2020 15:22

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün keçirilən qanvermə aksiyasında Salyan rayonunun idarə, müəssisə və təşkilatlarının nümayəndələri, gənclər və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər. Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim-hemotoloqları Salyan  mərkəzi rayon xəstəxanasının tibb heyəti ilə birgə xeyirxah kampaniyaya  könüllü qoşulanları müayinə etdikdən sonra qanvermə aksiyası həyata keçirilib. Qanvermə aksiyası zamanı Nazirlər kabineti yanında Operativ Qərərgah tərəfindn müəyyən edilmiş bütün sosial izolasiya qaydalarına riayət edilib.

Gün ərzində davam edən humanitar aksiyada 200 nəfər iştirak edib. Bu aksiya çərçivəsində 100-ə yaxın könüllü donordan qan götürülüb. Toplanan qan ehtiyatı yoxlalanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün istifadə olunacaq. Qeyd edək ki, koronavirus pandemiyasının dünyada sürətlə yayıldığı bir vaxtda bu infeksiyaya daha çox immuniteti zəif və qanı normadan aşağı olan insanların daha tez yoluxma ehtimalını və risk qrupuna daxil olduğunu nəzərə alaraq, cəmiyyətin diqqətinin bu sosial məsələyə yönləndirilməsi mühüm əhəmiyyət kəsb edir.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun