Salyanda polis qoruyucu maska payladı

  • Space TV
  • 8 May 2020 16:33

Xüsusi karantin rejimi yumşaldıldıqdan, idarə və müəssisələrin fəaliyyəti bərpa olunduqdan sonra daha çox sıx olan yerlərdə, xüsusi ilə bankların qarşısında növbədə dayanan vətəndaşlara qoruyucu maskalar paylayıb. Polis əməkdaşları aksiya çərçivəsində növbədə dayanan vətəndaşlara gigiyena qaydalarına riayət olunmasının əhəmiyyətini izah edərək, ara məsafələrini gözləməklə öz sağlamlıqlarını qorumalarının vacibliyini diqqətə çatdırıblar. Vətəndaşlar bu humnitar aksiyaya və göstərilən diqqətə görə polis əməkdaşlarına öz minnətdarlıqlarını bildiriblər. Qeyd edək ki, bankların qarşısıda dayanmış  300-ə yaxın vətəndaşa qoruyucu maskalar paylanılıb.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun