Salyanda odlu silahla qətl hadisəsi baş verib.

  • Space TV
  • 17 İyun 2020 14:02

Hadisə ötən gecə saatlarında Salyan rayonunun Qaraçala kəndi ərazisində qeydə alınıb. Kəndin çöllük ərazisində yerləşən özəl şəxsə malik süni balıqyetişdirmə gölündə icazəsiz balıq tutmağa gələn 2 nəfər həmin balıqçılıqda gözətçi olan, Bakı sakini, 25 yaşlı  Rəşad Valeh oğlu Abdullayev tərəfindən güllələnib. Hadisə zamanı rayonun Kürsəngi kənd sakini,  24 yaşlı Asif Gəray oğlu Qarayev aldığı ağır güllə yarasından hadisə yerində ölüb, onun həmkəndlisi 24 yaşlı  Fərzalı Vidadi oğlu Aydınov isə güllə yarası alaraq Salyan rayon xəstəxanasına yerləşdirilib. 

Prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilən zaman meyitin yaxınlığından 2 ədəd giliz, içərisində 1 ədəd patron olan tüfəng, qanabənzər maddələr və balıq tutmaq üçün nəzərdə tutulmuş tor aşkar edilib müvafiq qaydada qablaşdırılaraq götürülüb.  Faktla bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun