Salyanda mikroavtobus aşıb – xəsarət alanlar var

  • Space TV
  • 10 Yanvar 2020 10:27

Salyanda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

SPACE TV xəbər verir ki, hadisə bu gün səhər saatlarında Salyan-Şirvan avtomobil yolunun rayonun Qırxçıraq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Qazel” markalı mikroavtobus anidən idarəetmədən çıxıb və yolun kənarına aşıb.

Nəticədə Sabirabadın Muğan Gəncəli kənd sakinləri, 1971-ci il təvəllüdlü Mirzəyeva nüşabə Nadir qızı, 1959-cuil təvəllüdlü Quliyev Faiq Yavər oğlu və 1960-cı il təvəllüdlü Hüseynova Dilbər Allahpayı qızı müxtəlif dərəcəlibədən xəsarətləri alıb. Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun