Salyanda məişət əşyaları oğurlayan şəxlər saxlanılıb

  • Space TV
  • 1 Fevral 2020 15:48

Axşam saatlarında Salyan şəhəri Heydər Əliyev prospektində yerləşən sosial obyektlərin birində oğurluq olub. Bu barədə  Salyan rayon polis şöbəsinə məlumat daxil olan kimi əməliyyat-axtarış tədbirlərinə başlanılıb.Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum oliunmuş Salyan şəhər sakinləri Babayev Elxan Ağasadıq oğlu və Hüsenov Ceyhun Əbülhəsən oğlu şübhəli şəxs qismində saxlanılıb. İlkin dindirilmə zamanı  Elxan Babayev və Ceyhun Hüseynov qabaqcadan əlbir olaraq sosial obyektə girərək oradan 2 ədəd yumşaq kreslo, istilik sisteminə qoşulan 2 ədəd qızdırıcı və digər məişət əşyalarını oğurladıqları məlum olub. Şöbəyə gətirilən həmin şəxslər törətdikləri cinayəti etiraf ediblər.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun