Salyanda koronavirus əleyhinə dezinfeksiya işləri aparılır.

  • Space TV
  • 5 Mart 2020 13:38

Artıq bir neçə gündür ki, Salyan rayonunda da koronavirus  infeksiya  yoluxma  hallarına yol verilməməsi və onun qarşısının alınması məqsədi ilə dezinfeksiya işlərinə başlanılıb. Bunun üçün rayon gigiyena-epidemiologiya mərkəzi tərəfindən hər birində 3 nəfər olmaqla 3 həkim briqadası yaradılıb.

İnfeksion xəstəliklərin yayılma təhlükəsi nəzərə alınaraq rayon gigiyena-epidemiologiya mərkəzinin əməkdaşları tərəfindən 54 ümumtəhsil müəssisəsində, 18 uşaq bağçasında, 51 məsciddə və digər ərazilərdə kütləvi dezinfeksiya işləri davam etdirilir.

Qeyd edək ki, rayonda görülən bütünu bu işlər Səhiyyə Nazirliyinin respublikada dezinfeksiya tədbirləri  barədə əmrinə əsasən həyata keçirilir.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun