Salyanda kanaldan qadın meyiti tapılıb

  • SpaceTV
  • 27 May 2020 16:06

Ötən gün Ələt-Astara magistralından 1 kilometr aralıda,  Salyan ryonunun Yenikənd kəndinin çöllük ərazisində kanaldan naməlum qadın meyiti tapılıb. Belə ki, ərazidə heyvan otaran kənd sakini kanalda qamışlıqda ölmüş qadına məxsus meyit aşkar edib və bu barədə polisə məlumat verib. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları 40-45 yaşlı qadının meyitini kanaldan çıxararaq Salyan rayon Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Mərkəzinə yerləşdiriblər. Hələlik qadının kimliyi məlum deyil. İstintaq orqanları tərəfindən qadının hansı şəraitdə ölməsi barədə araşdırma aparılır. Artıq faktla bağlı Salyan rayon Prokurorluğunda cinayət işi açılıb. 

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun