Salyanda kanala çevrilən kür çayı

  • Space TV
  • 2 Mart 2020 15:42

Sakinlərin narahatlığı başa düşüləndir. Bu bir günün, iki günün problemi deyil. Neçə illərdir ki, Kür çayında artım istisna olmaqla daha çox azalmalar müşahidə olunur. Bu daha çox çayın Salyan ərazisindən keçən hissəsində özünü göstərir. Artıq son günlər Kür çayında vəziyyət təhlükəli həddə çatıb. Çay qurumaq təhlükəsi ilə üz-üzə qalıb.

Təkcə fefralın 28-də çayda suyun səviyyəsi 21, ondan sonrakı günlərdə isə 10-15 santimetr azalaraq aşağı düşüb. Hazırda bəndlə Kürün arasındakı məsafə isə 10-11 metri təşkil edir. Bunun özü də vəziyyətin hansı həddə olduğundan xəbər verir. Qarşıdan isə yaz-tarla işləri gəlir. Beləbir dönəmdə suya olan təlabat daha da artacaq.

Mütəxəssislər hesab edir ki, çayda suyun aşağı həddə olması flora və faunaya da ciddi ziyan vura bilər.

Qarşıdan isə yaz-yay ayları gəlir. Mütəxəssislərin fikrincə, bununla bağlı qabaqlayıcı tədbirlər görülməzsə, gələcəkdə vəziyyət daha da çətin ola bilər.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun