Salyanda dəm qazından zəhərlənmə olub

  • Space TV
  • 26 Dekabr 2019 17:12

Salyan rayonunun Dayıkənd  kənd sakini, 32 yaşlı Ziyafət Əsgərov və onun həyat yoldaşı, 27 yaşlı Dünyaxanım Əsgərova evdə yatdıqları zaman azyaşlı uşağın səsinə oyanıblar. Onlar uşağın səsinə ayağa qalxmaq istəsələr də halsız olduqlarından bunu bacarmayıblar, Evdə dəm qazından zəhərləndikləri məlum olduqdan sonra hər ikisi Salyan Mərkzi Rayon xəstəxanasına çatdırılaraq reanmasiya şöbəsinə yerləşdirilib.

Evə buraxılan xəstələrin vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun