Salyanda dəhşətli qətl hadisə baş verib

  • SpaceTV
  • 27 Fevral 2020 13:36

Ev yanır, tüstü burula-burula göyə yüksəlir. Bu görüntülər Salyan şəhərindədir.  Hadisə bu gün səhər saatlarında şəhərin Əliağa Kürçaylı küçəsində baş verib. Belə ki, Salyan şəhər sakini, 58 yaşlı Ələkbər Hüseynov keçmiş həyat yoldaşı , 50 yaşlı Nübubət Hüseynovanın yaşadığı fərdi yaşayış evinə gəlib. İlkin məlumata görə, darvaza bağlı olduğundan o, hasarı aşaraq həyətə düşüb. O, həyətə girən zaman keçmiş həyat yoldaşı hamamın qarşısında  olub.  Deyilənlərə görə, Ələkbər Hüseynov əvvəl keçmiş həyat yoldaşını qətlə yetirib. Sonra həyətdəki “VAZ-2106” markalı avtomobilə  və evə od vurub. Və hadisə yerində uzaqlaşıb. Hadisə yerindən uzaqlaşan Ələkbər Hüseynov  Salyan rayon polis şöbəsinə gələrək könüllü təslim olub. Hadisə yerinə cəlb edilən yanğısöndürənlərin səyi nəticəsində yanğın söndürülüb.  Qeyd edək ki, ər-arvad bir il bundan öncə rəsmi olaraq boşanıb. Hadisəyə mülk bölgüsünün səbəb olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Təyyar  Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun