Salyanda 6 otaqlı fərdi yaşayış ev içindəki əşyalarla birlikdə yanaraq yararsız hala düşüb.

  • SpaceTV
  • 24 Fevral 2020 15:21

Salyan şəhər Nizami küçəsində yaşayan, 76 yaşlı Məmməd Abdullayevə məxsus iki mərtəbəli, 6 otaqdan ibarət fərdi yaşayış evi anidən alovlanıb.  Evdə yanğın baş verən zaman ailə üzvləri Kürətrafı vurulmuş bənd üzərində olublar. Yanğın hadisəsini də elə onda eşidiblər.

Məlumat daxil olan kimi hadisə yerinə FHN-nin Salyan yanğından mühafizə hissəsinə məxsus yanğınsöndürən maşınlar və canlı qüvvə cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində yanğın söndürülüb. Amma buna baxmayaraq 6 otaqlı evin iki otağı içindəki əşyalarla birlikdə yanaraq kül olub.

Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Faktla bağlı aidiyyati qrumlar tərəfindən araşdırma aparılır.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun