Salyanda 5 mərtəbəli yaşayış binasında partlayış baş verib, ev sahibi yanıq xəsarətləri alıb.

  • SpaceTV
  • 25 Aprel 2020 15:08

Hadisə bu gün səhər saatlarında rayonun Qalalı yaşayış massivində Ağaxan Ağabəyli küçəsi blok 2, mənzil 58-də qeydə alınıb. İlkin məlumata görə, həmin ünvanda yaşayan, 34 yaşlı Zamiq Zakir oğlu Məziyev siqaret yandırmaq istəyən zaman mənzildə yığılıb qalmış qazın təsirində partlayış olub. Partlayış dalğasının təsirindən mənzilin 2 ədəd pəncərə çərçivəsi yerindən çıxıb. Otaq yanmağa başlayıb. Hadisə yerinə gələn FHN-nin Salyan yanğından mühafizə hissəsinin yanğınsöndürənləri tərəfindən yanğın söndürülüb. Partlayış  zamanı ev sahibi müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Zamiq Məziyev Salyan Mərkəzi rayon Xəstəxanasına çatdırılıb.

Hadisə nəticəsində qonşuluqda yerləşən mənzillərə də ziyan dəydiyi bildirilir.

Faktla bağlı aidiyyati qrumlar tərəfindən araşdırma aparılır.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun