Salyanda ər-arvad dəm qazından zəhərlənib, qadın ölüb

  • Space TV
  • 30 Noyabr 2020 16:36

Salyanda iki nəfər dəm qazından zəhərlənib.

Spacetv.az-ın məlumatına görə, Salyan şəhər sakinləri, 56 yaşlı Babayev Qafar Aydın oğlu və onun həyat yoldaşı, 52 yaşlı Babayeva Fəridə Zəkulla qızı yaşadıqları ünvanda dəm qazından zəhərləniblər.

Hadisə nəticəsində F.Babayeva ölüb, Q.Babayev isə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun