Salyan sakinindən 4 kq narkotik götürülüb

  • Space TV
  • 14 Avqust 2020 17:21

Salyan sakinindən narkotik götürülüb. Spacetv.az-ın məlumatına görə, Salyan polis şöbəsinin keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Xələc kənd sakini, 1983-cü il təvəllüdlü Məsum Əlizadə oğlu Əmirova məxsus yardımçı təsərrüfata baxış zamanı oradan 4 kiloqram 20 qram marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun