Salyan rayonunda üzüm bağlarında budama işləri aparılır

  • Space TV
  • 4 Fevral 2020 14:18

Artıq bir neçə gündür Salyan rayonunda üzüm bağlarında budama işlərinə başlanılıb. Havaların əlverişli keçməsindən istifadə edən fermerlər və fərdi təsərrüfat sahibləri budama işlərinə xüsusi diqqət yetirirlər. Belə ki, budama zamanı quru və lazımsız budaqlar kəsilir, tənəklər üzərində bar verən və cavan budaqlar saxlanılır.

Mütəxəssislərin fikrincə, budama  ilk aqrotexniki qulluqdur. Budama vaxtında aparılarsa, bu da gələcəkdə məhsuldarlığa müsbət təsir göstərir. Bunun nəticəsidir ki,  ötən il rayonda bağlardan 9078 ton üzüm istehsal etməklə hər hektardan 90,4 sentner məhsul götürülüb. Bu da inişildəkindən 4 min tondan çoxdur.  Bağ sahibləri bu il daha çox məhsul götürmək üçün budamanı vaxtında başa çatdırmaq niyyətindədir.

Bağlarda budama aparıldıqca traktorlar vasitəsi ilə kəsilmiş budaqlar təmizlənir və bir yerə yığılaraq sahələrdən uzaqlaşdırılır. Budama başa çatan kimi bağlarda suvarma işlərinə başlanılacaq. Qeyd edək ki, rayonda 1125 hektar üzüm bağı var ki, bunun da 932 hektarı bar verəndir.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun