Salah “Liverpul” azarkeşlərinə söz verdi – FOTO

  • Space TV
  • 15 Fevral 2021 11:04

“Liverpul” klubunun 28 yaşlı misirli futbolçusu Məhəmməd Salah komandasının İngiltərə Premyer Liqasında ardıcıl üçüncü məğlubiyyətinə münasibət bildirib.

Futbolçu bu barədə fikirlərini öz “Twitter” səhifəsində dərc edib.

“Bir çox səbəbdən çətin dövr idi. Biz çempionuq və sona qədər çempionlar kimi mübarizə aparacağıq. Biz icazə verməyəcəyik ki, yaxın günlərdə göstərdiyimiz nəticələr bu mövsüm taleyimizi təyin etsin. Bu, mənim hamınıza verdiyim sözdür”, – deyə misirli futbolçu yazıb.

Paylaş

 Xəbəriniz olsun